Qazaxda bir uşaq anası güllələndi

qazaxda-bir-usaq-anasi-gullelendi
Oxunma sayı: 2889

Qazax rayonunda güllələnmə hadisəsi baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib.

Kənddə yaşayan 1992-ci il təvəllüdlü Mehriban Məsimova güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
 
Məlumata görə M. Məsimova 2 il əvvəl başqa kənddən Yuxarı Salahlıya gəlin köçüb və bir övladı var. Onun gecə saat 3-4 radələrində münaqişə zəminində ov tüfəngindən açılan atəş nəticəsində xəsarət aldığı bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.