Qəbələdə azarkeşlər arasında insident - Polis işə qarışdı

qebelede-azarkesler-arasinda-insident
Oxunma sayı: 2264

“Qəbələ” – “Qarabağ” matçında azarkeşlər arasında sözlü mübahisəyə polis müdaxilə edib.

“Qafqazinfo” xəbər verir ki, 8-ci dəəqiqədə “Qəbələ”nin hesabı açmasından sonra meydan sahiblərinin azarkeşləri rəqib fanatlara qarşı təhqiredici jestlər göstəriblər.

Buna əsəbiləşən “Qarabağ” fanatları söyüşü şüarlar səsləndiriblər.

Polisin müdaxiləsindən sonra bir qəbələli azarkeş stadiondan çıxarılıb.