“Qəbələ”nin gəncləri çempion oldu

qebelenin-gencleri-cempion-oldu
Oxunma sayı: 771

Azərbaycan U-19 liqasının çempionu müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, “Qəbələ” çempion adına yiyələnib.

Son turda “Qarabağ”la qarşılaşan əyalət təmsilçisi 0:0-lıq heç-heçə ilə birinci olub.

Xallar bərabər olsa da, şəxsi oyunlarda “qırmızı qaralar” rəqibini üstələyib.