Qəddafinin yeri bilinmir

qeddafinin-yeri-bilinmir
Oxunma sayı: 642

“Qafqazinfo”nun dünya mediasına istinadən əldə etdiyi məlumata görə, diplomatik mənbələrdən biri bildirib ki, Qəddafinin hələ də Trablusda olduğu və bu an paytaxtdakı Bab-ül Əziziyədəki sığınacaqda saxlanıldığı ehtimal edilir.

Liviya diktatorunun Trablusdan kənarda gizləndiyi şəhərlər içərisində Sirti və Sabhanı da göstərənlər var.
Qəddafinin Liviyadan xaricə qaçdığı ehtimalı daha qüvvətli olduğu üçün diktatroun Venesuelaya getdiyini də güman etmək olar. Qəddafinin yaxın dostu olan Vensuela prezidenti Çavez bu səhər NATO qüvvələrinin Liviyanı bombalamasını pisləyib.

Ərəb ölkələri arasında isə Qəddafinin qaçdığı ölkə kimi Əlcəzairin adı hallanır. Liviyadakı üsyanlara qarşı neytral mövqe tutan Əlcəzair rəhbərliyi NATO müdaxiləsinə də etiraz etmişdi.
Qəddafinin qaça biləcəyi ölkələr arasında dörd Afrika ölkəsinin də adı keçir: Cənubi Afrika, Uqanda, Zimbabve və Anqola.