Qəzada ölən deputatın bacısı oğlu imiş

qezada-olen-deputatin-bacisi-oglu-imis
Oxunma sayı: 7518

Ötən gün Hacıqabul ərazisində baş verən ağır yol qəzasında ölən şəxs deputatın qohumudur.

“Qafqazinfo” “AzPolitika.info”ya istinadən xəbər verir ki, qəzada həlak olan 28 yaşlı Emil Şahpələngli deputat İqbal Məmmədovun bacısı oğludur.  

Xatırladaq ki, Bakı şəhər sakini Emil Şahpələngov idarə etdiyi “TOFAŞ” markalı avtomobili yol ayırıcısına vurmuşdu. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini, azyaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilmişdi.