Qəzzada qətliam davam edir - 55 ölü, 2771 yaralı + Yenilənir

qezzada-qetliam-davam-edir
Oxunma sayı: 4497

ABŞ-ın Qüdsdə səfirlik açmasına etiraz etdikləri üçün İsrail əsgərlərinin güllələdiyi fələstinlilər arasında ölən və yaralıların sayı artıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzadakı üsyançılara qarşı atılan bu addımda 16 fələstinli ölüb, 257 nəfər yaralanıb.

İsrail fələstinlilərə qarşı silahla yanaşı, gözyaşardıcı qazdan da isitfadə edib.

***

"Qafqazinfo" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, işğalçı İsrail əsgərlərinin qətlə yetirdiyi fələstinlilərin sayı 52-yə çatıb, 2410 nəfər isə yaralanıb. Onlardan 448-i güllə yarası alıb.

Məlumata görə, İsrail əsgərləri dronlar vasitəsilə etirazçıların üzərinə qaz kapsulları atır.

***

Son məlumatlara görə, ölənlərin sayı 55-ə, yaralananların sayı isə 2771-ə çatıb. Yaralılar arasında 9 jurnalistin olduğu da bildirilir.

Nuranə, Fərid