QHT Şurası müsabiqə elan etdi

qht-surasi-musabiqe-elan-etdi
Oxunma sayı: 645

“Qafqazinfo”ya şuradan verilən məlumata görə, Azay Quliyevin sədrliyi ilə keçən iclasda Şuranın rüblük (II-2012) hesabatı, QHT-lər üçün növbəti maliyyə yardımı müsabiqəsinin elan edilməsi və cari məsələlər müzakirə edildi.

Rüblük hesabatı Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov təqdim etdi. Hesabatda QHT-lərə dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq, Şuranın 2012-ci ilin ikinci rübü ərzində həyata keçirdiyi tədbirlər öz əksini tapmışdır. Şura üzvlərinin qeyd və təklifləri nəzərə alınmaqla hesabat qəbul edildi.

QHT-lər üçün növbəti maliyyə yardımı müsabiqəsi elan edilməsilə bağlı Şura katibliyinin icraçı direktoru F.Qurbanovun məlumatı dinlənildi və müsabiqənin müvafiq qaydada elan edilməsi haqqında qərar qəbul olundu (Müsabiqəyə aid elan və sənədlər toplusu ilə Şuranın www.qhtxeber.az və www.cssn.gov.az saytlarında 25 iyun 2012-ci il tarixdən etibarən tanış olmaq mümkündür).