“Qırmızı Körpü”də maşında narkotik aşkarlandı

qirmizi-korpude-masinda-narkotik-askarlandi
Oxunma sayı: 1128

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan "Honda Odyssey" markalı nəqliyyat vasitəsi ilə gələn həmin ölkə vətəndaşının avtomobilinə gömrük baxışı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, baxış zamanı sükanı sağ tərəfdə olan nəqliyyat vasitəsinin ön oturacağının söykənəcəyinin arxa cibində 1 ədəd bükülüdə qablaşdırması ilə birlikdə ümumi çəkisi 2 qram narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.