“Qiyamət günü”ndə dərsə gedən var?

qiyamet-gununde-derse-geden-var
Oxunma sayı: 653

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı cümə günü Trend-ə bildirib ki, bu gün orta məktəblər adi günlərdə olduğu kimi fəaliyyət göstərir. Hətta bir çox məktəblərdə kurrikulum üzrə açıq dərslər salınıb.

Qeyd edək ki, "qiyamət günü" ilə bağlı bəzi orta məktblərdə dərslərin dayandırıldığı barədə məlumatlar yayılıb.

“Qafqazinfo”nun məlumatlına görə, bu gün bir sıra valideynlər uşaqlarını məktəbə buraxmayıblar. Hətta onlar müəllimlərin "əgər hava qaranlıq olsa, şagirdlərə dərsə gəlməyin" tapşırığını verdiklərini də bildiriblər.