Qızıl ümidimizdən biabırçı məğlubiyyət

qizil-umidimizden-biabirci-meglubiyyet
Oxunma sayı: 647

“Qafqazinfo”nun verdiyi məlumata görə, 1 nəfərlik qayıqla 200 m məsafəyə yürüş edən idmançımız biabırçı nəticə göstərib.
Sebastian Marçak (Avstraliya), Naoya Sakamoto (Yaponiya), Ronilson Oliveyra (Braziliya), Matyö Qubel (Fransa), Andrey Yezyerski (İrlandiya) və Ceyson Makkumbsla (Kanada) yarışan olimpiyaçımız yarımfinala vəsiqə qazanmaq üçün 7 nəfər arasında ilk “altılığ”a düşməli idi.

Lakin 200 m məsafəni 44.194 saniyəyə qət edən Demyanenko yer aldığı qrupda sonuncu yeri tutaraq mübarizəni dayandırıb. Digər 6 idmançı isə yarımfinala vəsiqə qazanıb.

Ceyhun Əhmədov