“Qoca türkün bir dərdi var...” adlı anım tədbiri keçirilib

qoca-turkun-bir-derdi-var-adli-anim-tedbiri-kecirilib
Oxunma sayı: 1314

Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 31 mart Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü münasibətilə "Qoca türkün bir dərdi var...." adlı anım tədbiri keçirilib.

"Qafqazinfo" xəbər verir ki, məktəbin müəllimi, musiqişünas Pərvin Səfərlinin təşkil etdiyi tədbirdə faciənin ictimai-siyasi boyutları, tarixi şəraiti təqdim olunub. Dövlət himni ilə açılan tədbirdə A. Elsəsin "Əsir Azərbaycanım" mahnısı, C. Verdinin "Rekviyem" əsərindən parça, Ş. Əlizamanlının "Nuru Paşa" hərbi-vətənpərvərlik mahnısı və s. səslənib. Məktəbin şagird və müəllimlərinin ifasında "Mirzəyi" xalq rəqsi, "Ninnə yarim" kərkük xalq mahnısı, Süleyman Ələsgərovun saz və orkestr üçün "Aşıqvari" əsəri ifa olunub. 

Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Mirsənan Kazımovun ifasında isə Almas İlıdırımın "O mənimdir əzəldən" şeiri, "Qara dastan" poemasından parça səslənib.

Şaumyanın qanlı siyasətinin qarşısını almağa cəhd göstərən ziyalılarımızın-N. Nərimanov, M. Ə. Rəsulzadə, Ə.B. Topçubaşov və digər siyasətçilərin apardıqları danışıqlar-kiçik bir hissə məktəbin şagirdləri tərəfindən səhnələşdirilib.

Tədbirdə soyqırım hadisəsini əks etdirən video materiallardan, foto-slaydlardan istifadə olunub. Bədii-sənədli filmlərdən hissələr nümayiş olunub.