Qocalar Evində tədbir

qocalar-evinde-tedbir
Oxunma sayı: 656

“Qafqazinfo” xəbər verir ki, tədbirdə iştirak edən millət vəkili, "Avrasiya Beynəlxalq Arşadırmalar İnstitutu" İB-nin sədri Qənirə Paşayeva hər kəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib, onlara cansağlığı və ürəklərindən keçən arzularının reallaşmasını diləyib. Xalqımızın əsrlər boyu qoruyub saxladığı nəcib əxlaqi keyfiyyətlərdən böyüklərə, yaşlılara, qocalara hörmət olduğunu söyləyən millət vəkili Qənirə Paşayeva bu bayramları qocalar evində onlarla birlikdə keçirməkdən böyük məmnunluq duyduğunu dilə gətirib. 31 dekabr - Dünya Azərbaycanlıları Həmrəylik gününün mahiyyətindən söz açan millət vəkili yalnız bir gün deyil, daima həmrəy olmağımızın vacibliyindən danışıb. Qocalar evində məskunlaşan ahıllarımızı təkcə bayram günlərində deyil, həmişə yad etməyin, onları ziyarət edib problem və qayğıları ilə maraqlanmağın vacibliyindən danışan millət vəkili Qənirə Paşayeva bütün övladlara səslənib: "Valideynlərimizə daha böyük diqqət ayırmalı, onları böyük sevgi ilə əhatə etməliyik. Dünyada bizim üçün onlardan qiymətli heç nə ola bilməz. Onlar üçün ən gözəl yer və ən böyük xoşbəxtlik övladlarının yanında olmaq, onlarla bir evi, yuvanı bölüşməkdir. Mən qocalar evində məskunlaşan ana-atalarımız üçün nə qədər yaxşı şərait yaradılsa da, onların öz övladları ilə, yaxınları ilə birlikdə yaşamasını arzu edirəm. Çünki dünyanın ən gözəl yeri belə onlara evlərinin və övladlarının sevgisini əvəz edə bilməz".