“Qoy, yayın hiti olsun...”

qoy-yayin-hiti-olsun
Oxunma sayı: 645

Müğənni Samira Allahverdi yeni mahnısını təqdim edib. 

“Qafqazinfo” xəbər verir ki, söz və musiqisi Muxtar Abseynova məxsus olan mahnı “Sahildə” adlanır. Müğənni yeni işin necə ərsəyə gəlməsindən söz açıb: 

“Muxtar mahnını göstərdi. Mən də bəyənib tez yazdırdım. Dedim ki, qoy, yayın hiti olsun, İnşallah. Qalan söz isə dinləyicilərindir. Bu onunla artıq 6-cı işimizdir”. 

Samira klip çəkdirmək barəsində hələ qərarsız olduğunu bildirib: 

“Hələ dəqiq bir şey bilmirəm. Ola bilsin ki, fotosessiya tərzində klip çəkdirəcəm”.