Qubad İbadoğlu Tacikistan QHT-lərinə seminar keçib

qubad-ibadoglu-tacikistan-qht-lerine-seminar-kecib
Oxunma sayı: 638

MSŞA-nın informasiya xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, səfərin məqsədi mədən sənayesində şəffaflıq təşəbbüsünə (MSŞT) qoşulması üçün Tacikistanın yerli QHT-lərinə seminar keçmək və eyni zamanda Tacikistan hökumətinə bununla bağlı tövsiyələr verməkdən ibarətdir.

Səfər zamanı Tacikistanın 20-dən çox vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə təşkil olunan seminarda azərbaycanlı ekspertlər Qazaxıstandan və Monqolustandan olan həmkarları ilə birgə yerli QHT-lərə koalisiya quruculuğu və idarəedilməsi mövzusunda təlimlər keçiblər. Səfərin növbəti günü Tacikistanın baş nazirinin birinci müavinin sədrliyi ilə hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların və şirkətlərin qatıldığı konfrans keçirilib. Konfransda Sabit Bağırov və Qubad İbadoğlu təqdimatlarla çıxış edərək, Tacikistan hökumətinə tövsiyələr veriblər.

Bu tövsiyələri nəzərə alan hökumət nümayəndələri rəsmi olaraq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulduqlarını bəyan ediblər.

Nigar Məmmədli