Qubada köhnə quyudan neft çıxdı

qubada-kohne-quyudan-neft-cixdi
Oxunma sayı: 1951

Qubanın Talabı kəndində neft quyusu yenidən aktivləşib. Orda yaşayan sakinlər biuldirirlər ki, neft quyusu ötən əsrin 70-ci illərində  aktiv olub, ancaq son 1 il ərzində neft şirkətinin əməkdaşları əraziyə gələrək baxış keçirib. Quyunun ağzını betonla plomblayıblar.  Bu il isə yenidən aktivləşməyə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, sakinlər bildirirlər ki, neft quyusu onları narahat edir. Çünki kəndin bütün mal-qarası o quyunun ətrafına toplaşır.  Bundan əlavə 2017-ci ildə neft şirkətinin əməkdaşları Talabı kəndinə gələrək quyuya baş çəkiblər. Quyuda araşdırma işləri apardıqdan sonra neft quyusunun ağzını qazıyaraq betonlayıblar. Amma indi quyunun dibində gölməçə yaranıb. 

Məsələ ilə bağlı Quba rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəsi Xanlar Heybətov 1975-ci illərdə ərazidə neft quyusunun qazıntısına başlandığını, bir müddətdən sonra isə bu prosesin dayandığını deyib. Onun sözlərinə görə, həmin müddətdən sonra ərazidən az-az neft çıxması müşahidə edilib.

Emin Kərimov