“Neftçi” səfərdə qələbə qazandı

neftci-seferde-qelebe-qazandi
Oxunma sayı: 641

Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun və günün son matçında “Qəbələ” öz meydanında “Neftçi”ni qəbul edib.

Qarşılaşma “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Neftçi” ilk dövrədə 2:0, 2-ci dövrədə isə 1:0 hesabı ilə “Qəbələ”yə qalib gəlib.

15 mart (bazar)

Misli Premyer Liqası, 24-cü tur

18:00. “Qəbələ” – “Neftçi” - 1:3

Qollar: Seydina Keyta, 19-pen. (1:0), Bassala Sambu, 22 (1:1), Emin Mahmudov, 69-pen. (1:2), Murad Məmmədov, 77 (1:3)