Qubada konfrans başa çatdı

qubada-konfrans-basa-catdi
Oxunma sayı: 780


"Qafqazinfo" xəbər verir ki, konfransın ikinci günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dinşünaslıq ekspertizası, analitik təhlil və ictimai məsələlər şöbəsinin müdiri, ilahiyyatçı Aqil Şirinov “İslamın radikalizmə və ifratçlığa qarşı münasibəti” (Qurani-Kərim və hədislər işığında) mövzusunda məruzə ilə çıxış edərək radikal qupların Quran və sünnəyə baxışında məqamlar barəsində danışıb. Qeyd edib ki, bunlardan birincisi dini mətnləri konteksdən qopararaq dəyərləndirmələridir. Bu qrupların başqa bir xüsusiyyəti bidət məfhumunu çox dar bir çərçivədə qəbul edərək ortaya çıxan hər yeniliyə qarşı reaktiv bir mövqedən yanaşmalarıdır. Mövlud mərasimlərinə qarşı çıxmaları bunun bariz nümunəsidir. Eyni halı onların şirk anlayışında da görmək mümkündür. Bu məfhum da qeyd olunan qruplar tərəfindən dar bir çərçivədə başa düşülür və bunun nəticəsi olaraq bir şox müsəlman məzhəbləri tərəfindən qəbul olunan təvəssül anlyışı şirk kimi qəbul olunur. Bu da öz növbəsində ekskluzivist bir anlayışa yol açır və digər İslam məzhəblərnin təkfir (küfrdə ittiham) olunmasına səbəb olur.


Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov “Dini radikalizm və ifratçılıqla mübarizənin metodologiyası”adlı məruzəsində dünyanın bir sıra ölkələrində dini radikalizmin əsas təhlükə kimi öz aktuallığını qoruduğu, bu baxımdan radikal dini quruplarla mübarizənin müasir dövrdə dövlətimizin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdən olduğu vurğulamışdır. Qeyd etmişdir ki, dini radikalizmlə yalnız inzibati metodlarla mübarizə bir çox halda gözlənilən nəticəni vermir, hətta əks təsir göstərərək problemi daha da dərinləşdirir. Məruzəçi dini radikalizmlə mübarizədə inzibati tədbirlərin ən sonuncu çarə sayılmalı olduğu, problemin ilkin çözümü üçün ideoloji müstəvidə iş aparılmasının vacibliyi konfrans iştirakçılarının diqqətinə çatdırmış, bu sahədə dini ictimaiyyətin, xüsusilə də dini icmaların daha aktiv olmaları qeyd etmişdir.

Daha sonra məruzədə dini radikalizmlə mübarizənin praktik metodları şərh edilib.