Qubada oğurluq

qubada-ogurluq-
Oxunma sayı: 674

Onlar plan quraraq Heydər Əliyev adına istirahət parkından 150 metr uzunluğunda olan xüsusi qablaşdırılmış mis kabeli oğurlayıblar. Daha sonra dostlar 2000 manat dəyərində olan kabeli 259 manata metal qəbulu sexinə satıblar. Əldə etdikləri pulu iki yerə bölən dostların əməlinin üstünü Quba Polisi açıb. Hər iki şəxs maddi vəziyyətlərinin aşağı olması səbəbindən oğurluq etdiklərini deyir. Hazırda onlar barəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4 maddələri ilə cinayət işi açılıb.