"Amin" sözünün mənası nədir?

quotaminquot-sozunun-menasi-nedir
Oxunma sayı: 17017


Bu sözün qədim yəhudi dilində “El meleh neeman” (Allah doğru¬culdur və ya doğru deyir) ifadəsindəki sözlərin baş hərflərindən təşkil edildiyi ehtimal olunur. Bibliyada bu söz bir neçə dəfə işlədilmişdir. Ərəb dilinə də bu söz yəhudi dilindən keçmişdir. Adətən, dua zamanı dua edənin özü və onu eşidənlər "amin" söyləyirlər. Mənası budur ki, qoy bu duada deyilən sözlər həyata keçsin.

 “Qafqazinfo” İslam.az-a istinadən bildirir ki, Əhli-sünnə məzhəbinə görə, namazda Fatihə surəsinin oxunuşundan sonra amin söyləmək sünnətdir. Cəfəri məzhəbində isə bu, nəinki bəyənilmir, hətta namazı batil edir.