"Asan İmza" qiymətləri bir ay müddətinə endirildi

quotasan-imzaquot-qiymetleri-bir-ay-muddetine-endirildi
Oxunma sayı: 1602


Vergilər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, elektron xidmətlərdə sadə və təhlükəsiz mobil autentifikasiya və mobil elektron imza olan "Asan İmza"nın kütləvi istifadəsinin stimullaşdırılması məqsədilə Vergilər Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın bütün mobil operatorları tərəfindən "Asan İmza" mobil elektron imza xidməti üçün qiymətlərin endirilməsi kampaniyasına start verilib. Kampaniya 16 may 2014-cü il tarixdən etibarən başlayır.