"İnfiniti" yanıb kül oldu – - Video

quotinfinitiquot-yanib-kul-oldu-
Oxunma sayı: 1965

Ötən gün gecə saatlarında Xaçmazın Hülövlü kənd ərazisindən keçən yolda  ağır yol qəzası baş verib. “Qafqazinfo” xəbər verir ki, qəza nəticəsində avtomobillərin biri yanmağa başlayıb. Hamı yanğına tamaşa etsə də avtomobilə yaxın duran olmayıb. Yol nəqliyyat hadisəsi Qəndob -Yalama yolunun 19-cu kilometrliyində, Hülövlü kəndi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində Xaçmaz rayon sakinləri, 1976-cı il təvəllüdlü Elnur Sultanovun idarə etdiyi “QAZel markalı  yük avtomobili ilə 1989-cu il təvəllüdlü İbrahim  Məmmədovun idarə etdiyi  “ İnfiniti” markalı avtomobil toqquşub. Qəza nəticəsində İnfiniti markalı maşın yanıb. 

Qəzaya səbəb Qazelin İnfiniti markalı avtomobilin qarşısına çıxması olub. 40 dəqiqə sonra hadisə yerinə FHN-nin Yanğından mühafizə xidmətinin 1 yanğınsöndürən maşını cəlb olunub. Yanğın söndürülsə də avtomobil yararsız hala düşüb. 

Yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Xəsarət alan sərnişinin vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanaların birinə aparılıb.

Məhəmməd