"Prezident olduğum 9 ildə var-dövlət yığmadım"

quotprezident-oldugum-9-ilde-var-dovlet-yigmadimquot
Oxunma sayı: 3977


 Bu sözləri Romada səfərdə olan Gürcüstanın prezident Mixail Saakaşvili deyib. İtaliyaya səfər çərçivəsində BMT-nin ərzaq və kənd təsərrüfatı üzrə təşkilatının (FAO) baş katibi ilə görüşən Saakaşvili Gürcüstanda yoxsulluqla mübarizədən danışıb. O, ölkəsində bu istiqamətdə görülən işlərdən bəhs edib.

Saakaşvili həmçinin FAO-nun 38-ci konfransında çıxış edib. Hakimiyyəti dövründə Gürcüstanın yoxsulluqla aktiv mübarizə apardığını deyən dövlət başçısı ötən dövr ərzində ÜDM-in 5 milyarddan 16 milyard dollaradək yüksəldiyini vurğulayıb.