"Ucuz paltar da mənim üstümdə min manatlıq görünür"- - Kərim

quotucuz-paltar-da-menim-ustumde-min-manatliq-gorunurquot-
Oxunma sayı: 3375


“Qafqazinfo”nun məlumatına görə, ifaçı yeni yaradıcılıq planlarından danışıb: “Çoxlu mahnılar var. Onları mövsümə uyğun olaraq yazdırıram. Öz bəstələrim var. Onları sənətçi dostlarımla ifa edəcəm. Mən mən deməyi xoşlamıram. Keçən ilin mayından start götürmüşəm. Rəhim mənə dedi necə gedirsən, 6 aydı relsin üstündəsən. Zövqüm özümə görə pis deyil. Hit mahnılar oxuyuram, hər zaman da oxuyacam”. 

Sənətçi eyni zamanda geyimlərindən söhbət açıb.

“Mənə yaraşanı geyinməliyəm. Bu dəbdədirsə, mütləq bunu geyinmirəm. Belə xüsusiyyətim yoxdur. Mağazalarda brend və ya adi paltarlara baxıram, fərqlilik yoxdursa, brendə qaçmıram. Sadəni alıb geyinirəm, ucuz paltar da mənim üstümdə min manatlıq görünür.  Adam var deyirəm ki, bu paltar yaraşmır sənə, geyinmə. Deyir buna iki min, üç min pul vermirəm. Amma mənim zövqüm var”.