Qurban Qurbanov millinin baş məşqçisi oldu - Fotolar

qurban-qurbanov-millinin-bas-mesqcisi-oldu
Oxunma sayı: 8062

Hazırda Azərbaycan milli komandasının baş məşqçi postuna kimin təyin olunacağı ilə bağlı İcraiyyə Komitəsinin iclası keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə ən real namizəd kimi “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun adı çəkilir.

**  

İclas qapalı keçirilir.

Bildirilir ki, artıq milli yığmamız Qurban Qurbanova həvalə edilib. O, milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

Eyni zamanda "Qarabağ"ın da məşqçisi olacaq.

***

AFFA prezidenti Rövnəq Abdullayev bildirib ki, Qurbanov "Qarabağ"da da işini davam etdirəcək:

"Milli komandanın əsas bazası "Qarabağ" olacaq, digər klublardan da futbolçular yer alacaq. İclasda onun "Qarabağ"da qalması müzakirə olundu, qərara alındı ki, o, "Qarabağ"da da fəaliyyətini davam etdirsin. Qurbanovun məşqçiliyi ən azı 6 illik nəzərdə tutulub. yeni bir sistem qurulacaq".