Qurban Qurbanovun oğlu het-trik elədi

qurban-qurbanovun-oglu-het-trik-eledi
Oxunma sayı: 1416

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı çərçivəsində son oyununu keçirib.

"Qafqazinfo" xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv Region Liqasında çıxış edən “Tufan”a 8:0 hesabı ilə qalib gəlib.

Yığmanın heyətində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı het-trik edib. Vəli Məmmədovla Tural Bayramlının hərəyə 2 qol vurduğu oyunda Rüfət Abdullazadə də fərqlənib.

Yığma bununla da təlim-məşq toplanışını başa vurub.