Quzanlıda yanğın

quzanlida-yangin
Oxunma sayı: 646

“Qafqazinfo” FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yağ çəlləyi yanarkən partlama hadisəsi baş verib. Hadisə zamanı yoldan keçən 1 nəfər yanıq xəsarətləri almış və xəstəxanaya aparılıb. Yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın saat 09:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağında 1 kv.m sahədə döşəmə yanıb. Yanğın zamanı 1 nəfər ev sakini xəstəxanaya aparılıb. Yanğın saat 17:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ağdam rayonu, Böyükbəyli kəndində "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə məxsus transformatorun sarğıları və yağı yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Zərdab rayonu, Gəlmə kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli üçotaqlı kürsülü evin 1 otağının yanar konstruksiyaları 24 kv.m sahədə və çardağının yanar konstruksiyaları 140 kv.m sahədə yanıb. Evin qalan hissəsi və ev əşyaları yanğından mühafizə olunub. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.