Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi lisenziya verdi

rabite-ve-informasiya-texnologiyalari-nazirliyi-lisenziya-verdi
Oxunma sayı: 638

“Qafqazinfo”ya verilən məlumata görə, lisenziya Azərbaycan Respublikasında fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması və onlara xidmətlərin göstərilməsinə icazə verir. SINAM şirkətinin göstərilən istiqamətdə proqram təminatının hazırlanması üzrə yüksək peşəkar səviyyəsini təsdiqləyən lisenziya beş il müddətini əhatə edir.

Qeyd edək ki, SINAM şirkəti 16 ildir ki, fəaliyyət göstərir və Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun aparıcı sistem inteqratorlarından biridir. Microsoft, Oracle, Alcatel-Lucent, EMC, Cisco, İMC, e-İnstruction kimi beynəlxalq biznes-tərəfdaşları Azərbaycanda təmsil edən SINAM şirkətinin ABŞ, Qırğızıstan və Gürcüstanda nümayəndəlikləri fəaliyyət göstərir.

Nigar Məmmədli