Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində müstəqilliyin 20 illiyi qeyd olunub

rabite-ve-informasiya-texnologiyalari-nazirliyinde-musteqilliyin-20-illiyi-qeyd-olunub
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxış edərək ölkənin 20 illik müstəqillik dövründə İKT sektorunun inkişafından danışıb. Bu sahədə ildən-ilə davam edən yeniliklərdən söz açıb: “Bu müddət ərzində ölkənin İKT sektoru, o cümlədən İT və poçt sahələri sürətlə inkişaf edib. Son 10 ildə Azərbaycan İKT sahəsinin inkişafı üzrə 10 ən yüksək inkişaf etmiş ölkələr sırasında yer alıb və artıq uzun müddətdir ki, ölkənin İKT sahəsinin orta illik inkişafı 25-32% təşkil edir, bu da dünya göstəricisini təxminən 2 dəfə üstələyir. Hazırda Azərbaycanda hər 100 nəfərə 110 mobil telefon aparatı düşür”.

Tədbirdə son 20 ildə Azərbaycanın İKT sektorundakı yenilikləri əks etdirən film nümayiş olunub. Həmçinin, Azərbaycan dövlətçiliyinə həsr olunmuş poçt markaları təqdim edilib.

Nigar Məmmədli