Ramanada maşın qaz borusuna çırpıldı, sürücü öldü

ramanada-masin-qaz-borusuna-cirpildi-surucu-oldu
Oxunma sayı: 1739

Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, oktyabrın 17-də saat 3 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qəsəbə sakini Tehran Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı qaz borusuna vurub və nəticədə o, hadisə yerində ölüb.