Ramil Şeydayev Rusiyaya döndü

ramil-seydayev-rusiyaya-dondu
Oxunma sayı: 2851

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin yeni klubu nəhayət, bəlli olub. “Qafqazinfo” xəbər verir ki, karyerasını yenidən Rusiyada davam etdirəcək 22 yaşlı hücumçu bir müddətdi baxışdan keçdiyi Premyer Liqa təmsilçisi "Krılya Sovetov"a keçib.

Samara təmsilçisi transferiylə bağlı bütün sənədləşdirmə məsələlərini həll etdiyi Ramillə 1 illik müqavilə imzaladığını rəsmən açıqlayıb. Şeydayev yeni çempionatda 3 oyundan sonra 4 xalla 9-cu pillədə olan "Krılya Sovetov"da "11 nömrə"li formanı geyinəcək. 
 
Rusiyada dünyaya gələn, "Zenit"in yetirməsi olan Ramil Rusiya Premyer Liqasında "Rubin"də, habelə, bu ölkənin U-17, U-19, U-21 yığmalarında oynayıb. 2016-ci ildə vətəndaşlığını dəyişən futbolçu Azərbaycan millisinin şərəfini qorumağa başlayıb. Ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirən Şeydayev mayda müqaviləylə məxsus olduğu "Trabzonspor"a qayıdıb və yaxında klubla anlaşmasını qarşılıqlı razılqıla pozub.