Ramil Usubov Şahmar Paşayevin oğlunu rəis göndərdi

ramil-usubov-sahmar-pasayevin-oglunu-reis-gonderdi-
Oxunma sayı: 11411


Daxili işlər naziri Ramil Usubovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin rəis müavini Turavi Paşayev Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə rəis təyin edilib. “Qafqazinfo” milli.az-a istinadən xəbər verir ki, T. Paşayav Daxili İşlər Nazirliyinin məşhur simalardan biri olan olis polkovniki Şahmar Paşayevin oğludur. 

O, Bakı Şəhər Baş Polis İdarəsində rəis müavini olub. Son iş yeri isə Şamaxı Rayon Polis Şöbəsinin rəisi vəzifəsi idi. Bir müddət əvvəl nazirə raport yazaraq, səhhəti ilə bağlı işdən azad olunmasını istəmişdi. Şahmar Paşayev Şamaxının rəisi olmamışdan öncə Yasamal Polis İdarəsinin, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb.