Raufun Albaniyada ikinci qolu - Video

raufun-albaniyada-ikinci-qolu
Oxunma sayı: 1639

Albaniya liqasında 6-cı turun daha bir oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Kukesi” öz meydanında “Teuta”nı qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda çıxış edən millimizin sabiq üzvü Rauf Əliyev çempionatda ikinci qolunu vurub.

“Kukesi” 4-2 “Teuta”

Qollar: Bakaj 18; Ethemi 31; Hakaj 83(öz qapısına) (3-0); Hila 86; Lena 90 (3-2); Rauf 90+4 (4-2)