“Rayonumuzu Təmiz Saxlayaq”la bağlı növbəti tədbir - Foto

rayonumuzu-temiz-saxlayaqla-bagli-novbeti-tedbir
Oxunma sayı: 1127

Bakı şəhərində sanitar-təmizlik aylığının keçirilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən yaz-yay mövsümünün başlanması ilə əlaqədar rayonun sanitar-təmizliyini təmin etmək, abadlıq və yaşıllıqları qoruyub saxlamaq və yaxşılaşdırmaq məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq saylı Sərəncamı ilə “Rayonumuzu Təmiz Saxlayaq” layihəsinin keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib.

“Qafqazinfo” xəbər verir ki, növbəti tədbir Binəqədi rayonu 103 nömrəli tam orta məktəbdə təşkil edilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Nicat Allahverdiyev, baş məsləhətçisi Elnur Məmmədov, Xocasən bələdiyyəsinin sədri Məhərrəm Əsgərov, məktəbin direktoru Səma Həziyeva, məktəbin kollektivi, şagirdlər və valideynlər iştirak edib.

Belə ki, tədbirlər planının 1.6-cı bəndinin “Rayonumuzu Təmiz Saxlayaq” layihəsi barədə treninq və seminarların keçirilməsi, söhbətlərin aparılması, səyyar görüşlərdə məlumatların verilməsi və 4.4-cü bəndinin icrası ilə əlaqədar “Tullantıdan sənətə” sərgisi təşkil edilib.

Sonda şagirdlərin ifasında şerlər, mahnılar və səhnəciklər nümayiş olunub.