“Renat Dadaşov heç bir gələcək vəd etmir”

“Renat Dadaşov heç bir gələcək vəd etmir”
Oxunma sayı: 1624

Millimizin üzvü və Almaniyanın "Ayntraxt" klubunun hücumçusu Renat Dadaşovun performansı getdikcə düşür.

“Qafqazinfo” xəbər verir ki, Frankfurt klubunun əsas komandasına həsrət qalan oyunçunun bu komandada oynamaq şansları sıfıra bərabərdir. Bu barədə Almaniya mətbuatı yazıb. 2 il öncə gələcəyin ulduzu kimi qələmə verilən futbolçunun bu gün U-19 komandasında belə işləri qaydasında getmir.

Həmkarlarımız iddia edib ki, Dadaşov "Ayntarxt"dan göndəriləcək. Yayda U-23 liqası ləğv olunacağı üçün Dadaşovla yanaşı, bir neçə futbolçunun komandada şans qazanmayacağı gözlənilir. Yazıda Noel Knote, Nelson Mandela, Şahverdi Çətin, Renat Dadaşov və Deyi Beyreuterin heç bir gələcək perspektivlərinin olmadığı vurğulanıb. Bu futbolçularla peşəkar müqavilə bağlanılsa da, gözləntilərin altında qaldılar. Onların yayda klubdan göndəriləcəkləri qeyd edilib.

Dadaşovu "Ayntraxt"ın baş məşqçisi Niko Kovaç əsas komanda ilə məşqlərə belə dəvət etmir.

Qeyd edək ki, əsas millimizdə 1 oyun keçirən Dadaşovun "Ayntraxt"la müqaviləsi 2020-ci ilə qədər davam edir. 18 yaşlı hücumçu 2017-ci ilin yanvarında "Leyptsiq"dən "Ayntraxt"a keçmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi