Rəqib futbolçusunu təpiklədi, həmin komandaya transfer olundu

reqib-futbolcusunu-tepikledi-hemin-komandaya-transfer-olundu-
Oxunma sayı: 643

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Buxarest təmsilçisi Mişel Platinini heyətinə qatıb.
Təbii ki, söhbət əfsanəvi fransız futbolçudan getmir. Sofiya ÇSKA-sının UEFA prezidenti ilə adaş olan braziliyalı futbolçusu rumın klubuna keçid edib. Maraqlı məqam isə ötən həftə bu klublar arasında keçirilən oyunda baş verən hadisədir. Belə ki, ÇSKA-nın heyətində çıxış edən Platini “Dinamo” ilə oyunda rəqib futbolçusu tərəfindən kobudluğa məruz qalıb. Bundan qəzəblənən braziliyalı rəqibini təpikləməyə başlayıb. Mişel bu zaman onu sakitləşdirməyə çalışan digər “Dinamo”lu futbolçularla da sözləşib. Hadisədən bir neçə gün sonra isə futbolçu “Dinamo Buxarest”ə transfer olunub. Bu haqda açıqlama verən futbolçu isə döydüyü futbolçularla “yaxın dost” olduğunu bildirib.

Ceyhun Əhmədov