“Rəqibi yaxşı analiz etmişik” - Qurban Qurbanov

reqibi-yaxsi-analiz-etmisik
Oxunma sayı: 1953

“Qarabağ” sabah UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında Albaniyada "Kukesi"nin qonağı olacaq.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini klubun rəsmi saytına bildirib: "Kukesi" futbolçularının mətbuata açıqlamalarına nəzər yetirsək, onların inamlı danışdıqlarını görərik.

Bu da onların meydana qələbə üçün çıxacaqlarını göstərir. Rəqibi yaxşı analiz etmişik. Səhvsiz oynamağa çalışacağıq. Heyətlə bağlı bir neçə problemimiz var, amma meydana çıxanda bunları göstərməməyə çalışacağıq. Səfərdən maksimum sərfəli nəticəyla qayıtmaq üçün meydana çıxacağıq".

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə 21:00-da başlayacaq.