Rəqsanə bu dəfə Hindistana gedəcək

reqsane-bu-defe-hindistana-gedecek
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, ifaçı albom hazırlıqlarını oradakı səsyazma studiyasında həyata keçirir. Amma qayıdışının səbəbi tək bu hazırlığı tamamlamaq deyil. Xəbər verdiyimiz kimi Rəqsanə növbəti plastik əməliyyata qərar verib. Türkiyəli həkimlərə müraciət edən sənətçi, hələdə əməliyyat barəsində geniş danışmır. Öyrənə bildiyimiz xəbər müğənni xanımın yaradıcılığındakı növbəti yenilikdir.

Belə ki, kiçik plastik müdaxilədən sonra aprelin 7-də Moskvaya qayıdacaq R.İsmayılova “Bu şəhərdə”nin heyətinin dəvəti ilə Moskvada keçiriləcək konsert proqramını izləyəcək. Sonra vaxt itirmədən, yenidən Türkiyəyə qayıdıb, böyük heyətlə Hindistana səfər edəcək. Türkiyəli rejissor və onun komandası Rəqsanə klipini həmin dövlətdə çəkmək üçün birlikdə yola düşəcəklər.

Müğənni bu barədə hələ ki, geniş danışmasa da, rejissorun ideyasını bəyəndiyini və ona etibar etdiyini sözünə əlavə edib. Bunu ardınca müğənni albomunu tamamlayıb, klipi ilə birlikdə təqdimata çıxaracaq.

Aynur B.