Rəşad Sadıqov “Qarabağ”dan ayrıldı

resad-sadiqov-qarabagdan-ayrildi
Oxunma sayı: 2904

"Qarabağ”ın U-19 komandası mövsümü gümüş medallarla başa vurdu. “Qafqazinfo” xəbər verir ki, Ağdam klubunun gənclərdən ibarət komandasının baş məşqçisi Rəşad Sadıqov artıq bu vəzifədən ayrılıb. 21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi və “Qarabağ”ın əsas komandasının kapitanı işlərinin çoxluğu ilə əlaqədar bu addımı atıb. 

“Qarabağ”ın U-19 komandasının yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, U-19 Rəşad Sadıqovun rəhbərliyi altında Azərbaycan Gənclər Liqasında bir dəfə qızıl və bir dəfə də gümüş medalların sahibi olub, eyni zamanda UEFA Gənclər Liqasının qrup mərhələsində ilk qələbə qazanan Azərbaycan klubu olub.