Rəsmi Tehran Misirdə şiələrin qətlini pislədi

resmi-tehran-misirde-sielerin-qetlini-pisledi
Oxunma sayı: 973

"İslamazeri.az" "İRİB"ə istinadən xəbər verir ki, İran XİN-nin Media və Ümumi Diplomatiya baş idarəsinin verdiyi məlumata əsasən, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin bazar ertəsi günü yaydığı bəyanatda 4 misirli şiənın şəhid edilməsi pislənilərək, Misir vətəndaşlarından istənilib ki, ifratçılığa əsaslanan və islami qruplar arasında təfriqəyə gətirib çıxaran hər bir hərəkətdən çəkinsinlər.

İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Misirin dərrakəli xalqı öz müdrik rəhbərlərinin yardımı əsasında keçmişdə olduğu kimi, Sionistlərin İslam dini ilə xristian dini arasında və məzhəblərarası fintnə planlarını zərərsizləşdirərək, öz inqilabları və milli birliklərini müdafiə edəcəklər". 

Bəyanatda Misir xalqından istənilib ki, tam ayıq-sayıqlıqla islamı qruplar arasında təfriqənin törədilməsinin qarşının alınmasına diqqətli olsunlar.

Qeyd edək ki, ifratçı Sələfilər ötən bazar günü (23 iyun) Misir paytaxtı Qahirənin cənubunda yerləşən əl-Cizə vilayətində şiə ruhani və 3 şiəni qətlə yetiriblər.