Robot türk nazirin sözünü kəsdi - Səhnədən uzaqlaşdırıldı+Video

robot-turk-nazirin-sozunu-kesdi
Oxunma sayı: 2737

Türkiyədə İnformasiya Texnologiyaları qurumunun keçirdiyi Təhlükəsiz İnternet Günü proqramında türk mühəndislərinin hazırladığı robot maraqlı anlara səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, proqrama aparıcılıq edən Sanbot adlı robot Kommunikasiya, dənizçilik və rabitə naziri Ahmet Arslanın çıxışını tez-tez yarıda kəsərək ondan asta şəkildə danışmasını xahiş edib: “Mən sənin nə dediyini başa düşmürəm. Sən nə haqda danışırsan?”

Nazir bu duruma müdaxilə etməli olub. Səlahiyyətli şəxslərə səslənən Arslan “Robota kim nəzarət edirsə, lazım olan tədbiri görsün” deyə müraciət edib. 

Bundan sonra robot uzaqdan idarəetmə ilə səhnədən uzaqlaşdırılıb.