Ronaldonun het-trikiylə “Yuve”dən möhtəşəm dönüş - Fotolar + Video

ronaldonun-het-trikiyle-yuveden-mohtesem-donus
Oxunma sayı: 5402

UEFA Çempionlar Liqasında növbəti 1/4 final iştirakçıları bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, ilk oyunda 3:2 hesabı ilə qələbə qazanan “Mançester Siti” evdə “Şalke”ni darmadağın edib. İngilislər 7:0 hesablı qələbəyə sevinib.

Turun və günün ən maraqlı qarşılaşması isə Turində oynanılıb. “Yuventus” səfərdə 0:2 hesabı ilə uduzduğu “Atletiko” ilə qarşılaşıb. 

İtalyanlar bu görüşdə möhtəşəm geridönüş edib. Kriştianu Ronaldonun het-triki ilə “Yuve” mərhələ adlayan tərəf olub.

“Mançester Siti” - “Şalke” - 7:0

Qollar: Aquero, 35 (pen); 38; Sane, 43; Sterlinq, 57; Bernardo Silva, 71; Foden, 78; Jesus, 84

İlk oyun - 3:2

“Yuventus” - “Atletiko” - 3:0

Qollar: Ronaldo, 27; 49; 86 (pen);

İlk oyun - 0:2