Röya yenə Aygünə söz atdı

roya-yene-aygune-soz-atdi
Oxunma sayı: 2982

Əməkdar artist Röya Ayxan Xalq artisti Aygün Kazımovaya yenə söz atıb.  “Qafqazinfo” xəbər verir ki,  müğənni bu barədə ötən günkü konsertindən əvvəl KİV-lərin suallarına cavab verərkən danışıb. 

Röya tezliklə “Kristal Hall”da konsert verəcəyini qeyd edib. Sənətçi A. Kazımova kimi səhnədə şou göstərməyəcəyini söyləyib: 

“Bu gün konsert proqramını elə qurmuşam ki, öz ailəm ilə istirahət etmək istədim. Bu konsertim “Crystal hall”da verəcəyim konsertin başlanğıcıdır. İki il bundan əvvəl demişdim ki, mən başlasam, “Röyavision” olacaq. Divanda oturub, kimsə məni ora-bura aparası və yaxud ipdən sallanası deyiləm. Yıxılsam da, səhnədə yıxılacağam. Bu gündə isə xanımlarımıza bir söz deyə bilərəm ki, birinci özləri-özlərini sevsinlər, hörmətli olsunlar”.

Qeyd edək ki, Aygün Kazımova  “Crystal hall” konsertində Röyanın sadaladığı rəqs elementlərini nümayiş etdirmişdi.