Röyadan xəbər var

royadan-xeber-var
Oxunma sayı: 1663


“Qafqazinfo”ya açıqlama verən müğənni Röya Ayxanın prodüseri Kənan Bayramov müğənninin artıq klip çəkilişlərini bitirdiyini bildirib:

“Artıq iki klip çəkilişi bitib. Bir türk mahnısı olan “Gəmiciler”ə, bir də Azərbaycan mahnısına klip çəkilib. Kliplər tezliklə tamaşaçılara təqdim olunacaq. Əminik ki, bu kliplər də Röyanın pərəstişkarları tərəfindən bəyəniləcək”

Müğənninin konsert vermək istəyindən də danışıb:

“Hər müğənni kimi Röya da konsert vermək istəyir. İnşallah qismət olsa, müğənni dekabrda möhtəşəm konsert proqramı ilə çıxış edəcək”.