Röyayla barışdığını qızının toyunda elan etdi - Video

royayla-barisdigini-qizinin-toyunda-elan-etdi
Oxunma sayı: 2535

Əməkdar artistlər Dilarə Əliyeva və Röya Ayxan arasında küsülülük bitib. “Qafqazinfo” xəbər verir ki, iki tanınmış şəxs barışdıqlarını D. Əliyevanın qızı Aytənin toyunda elan ediblər. 

Belə ki, Röya Oktay və Dilarə Əliyevaların dəvəti ilə məclisdə çıxış edib. O,  “Yaz ayları” mahnısını ifa edərkən aktrisa ilə rəqs edib. Həmin anlar lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb. 

Qeyd edək ki, aktrisa illər əvvəl müğənnini tənqid etmiş, qarşı tərəfin isə ona cavabı sərt olmuşdu.