Ruhanidən ABŞ-a müharibə xəbərdarlığı - “Odla oynamayın”

ruhaniden-abs-a-muharibe-xeberdarligi
Oxunma sayı: 4054

İran prezidenti Həsən Ruhani ABŞ-ı ölkəsinə qarşı düşmənçilik siyasətindən çəkinməyə çağırıb.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, İranın xarici diplomatik nümayəndələri ilə görüşündə prezident Amerikaya müharibə xəbərdarlığı da edib:

"Amerikalılar bilməlidir ki, İranla sülh dünyadakı sülhün açarıdır, müharibə isə bütün müharibələrin açarıdır. Odla oynamasınlar, yoxsa peşman olarlar. İran xalqı heç vaxt heç kimin qarşısında diz çökməyəcək".

Qeyd edək ki, ABŞ bu ilin noyabrından müttəfiqlərini İrandan neft alınmasını dayandırmağa çağırıb. Əks halda, həmin ölkələrə sanksiyalar tətbiq edəcəyini bildirib.