Rus aktyorun Ukraynaya girişinə qadağa qoyuldu

rus-aktyorun-ukraynaya-girisine-qadaga-qoyuldu
Oxunma sayı: 634

Rusiyalı aktyor Kirill Safonov Krımda çəkilişlərdə iştirak etdiyinə görə onun Ukrayna ərazisinə daxil olmağına qadağa qoyulub.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə 43 yaşlı sənətçi Feysbukda yazıb.

“Ukraynaya girişim qadağan edilib. Təəssüf, bu ölkəni sevirəm. Deməli, belə lazım imiş”, - deyə K. Safonov qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə rus müğənni Lolita Milyavskayanın da Ukraynaya girişinə qadağa qoyulub.