Rusiya ABŞ-ı günahlandırır - İlümjinova görə

rusiya-abs-i-gunahlandirir
Oxunma sayı: 638

“Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov istefa verib”. “Qafqazinfo” xəbər verir ki, bu məlumat FİDE-nin rəsmi saytında yer alıb.

Ancaq bundan sonra aləm bir-birinə dəyib. İlümjinov istefa vermədiyini bəyan etməklə, de-fakto FİDE-nin rəsmi saytına nəzarəti itirdiyini etiraf edib. FİDE prezidentinin “məni zərbə altına atmaq istəyirlər” açıqlamasından sonra federasiyanın icraçı direktoru Naycel Frimen mətbuat xidmətinin yerləşdirdiyi informasiyanın həqiqəti əks etdirdiyini bəyan edib.

Bundan sonra İlümjinov Frimenə rəsmi məktubla müraciət edərək, yaydığı bəyanatı təkzib etməsini istəyib.

Rusiya tərəfi bütün bu olaylarda ABŞ-ı günahlandırır və İlümjinova “torbatikmə əməliyyatı”nın məhz onlar tərfdən hazırlandığını iddia edir. Lakin qarşı tərəf yaşananlara görə, heç bir məsuliyyət daşımadığını bildirib: “Gizlətmirik, FİDE-nin başçısı postunda başqa adamı görmək istəyirik. Ancaq biz heç vaxt impiçmentin təşkilində və hətta bu barədə söhbətlərdə iştirak etməmişik. Mövqeyimiz hər kəsə məlumdu. Fevralın 14-də FİDE-yə məktubla müraciət edərək, cənab İlümjinovun bu dahi oyuna qarışıqlıq gətirdiyini bildirmişik”.