Rusiya Ermənistana yeni səfir təyin etdi

rusiya-ermenistana-yeni-sefir-teyin-etdi
Oxunma sayı: 1357

Rusiyanın Ermənistanda yeni səfiri təyin edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə Sergey Kopırkin Rusiyanın Ermənistandakı səfiri təyin olunub.

Putinin digər sərəncamı ilə İvan Volınkin Rusiyanın Ermənistandakı səfiri vəzifəsindən azad edilib.

Qeyd edək ki, S. Kopırkin səfir təyinatına qədər Avropa Birliyi yanında Rusiyanın daimi nümayəndəsinin müavini olub.