Rusiya hərbi kəşfiyyatının rəisi ölüb

rusiya-herbi-kesfiyyatinin-reisi-olub
Oxunma sayı: 2447

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Korobov 62 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki. bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi kəşfiyyata 2016-cı ildən bəri rəhbərlik edən Korobov uzun sürən ağır xəstəlikdən sonra ölüb. 

Rusiya Baş Qərargahının Baş İdarəsinə müvəqqəti olaraq vitse-admiral İqor Kostyukov rəhbərlik edəcək.