Rusiyada barja ilə katamaran toqquşdu - 11 ölü

rusiyada-barja-ile-katamaran-toqqusdu
Oxunma sayı: 1257

Rusiyanın Volqaqrad şəhərində Volqa çayında barja ilə katamaranın toqquşması nəticəsində 11 nəfər ölüb.

"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, onlardan 6-sı qadın, 4-ü kişidir. Bir nəfər qadının cəsədi isə hələlik axtarışdadır. İddialara görə, katamaranla barjanın gəzintiyə çıxan sərnişinləri sərxoş vəziyyətdə olublar. Bundan başqa, katamaranın fəaliyyət göstərmək üçün heç bir rəsmi sənədi olmayıb.

Hazırda qəzanın dəqiq baş vermə səbəbləri araşdırılır.